Britaniya Qərbi Hind adalarında gəmi qəzası zamanı azı 10 nəfər həlak olub

400

Britaniya Qərbi Hind adalarında miqrantları daşıyan gəminin qəzaya uğraması nəticəsində azı 10 nəfər həlak olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə adaların hüquq-mühafizə orqanları “Facebook” səhifəsində bildirib.

“Qeyri-leqal miqrantları daşıyan gəminin çevrilməsindən sonra xilasetmə əməliyyatı aparılır. 13 nəfər xilas edilib, sudan 10 cəsəd çıxarılıb”, – deyə xəbərdə bildirilib.

Hazırda gəminin sərnişinlərinin dəqiq sayı müəyyənləşdirilir.