KXDR ballistik raket daşıya bilən sualtı gəmi inşa edə bilər

350

KXDR üç və ya dörd ballistik raket daşıya bilən sualtı gəmi hazırlamağa qadirdir.

ONA-nın verdiyi xəbərə görə, bu barədə “Bloomberg” məlumat yayıb.

Agentlik bildirir ki, onun hazırlanması üçün lazım olan detallar Şimali Koreyanın Sinpo limanında görülüb.

Qeyd edək ki, 2018-ci ilin iyulunda Koreyanın “Azadlıq” partiyasının deputatı Kim Xak Yon da bildirmişdi ki, KXDR ballistik raketlər daşıya bilən sualtı gəmilər hazırlayır.