Azərbaycan neftinin qiyməti sabit qalıb

332

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti Pasxa bayramı ilə əlaqədar olaraq dəyişməyib.

“Report” xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 74,50 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.