Kurık və Ələt limanları arasında təcrübə mübadiləsi aparılır

536

Qazaxıstanın Kurık limanı vasitəsilə bu il 2,5 milyon ton yük daşınması planlaşdırılır.

AZƏRTAC xəbər verir ki, hazırda limandan Azərbaycana müntəzəm daşımalar mövcuddur. Ələt-Kurık-Ələt istiqamətində yükdaşımalar həyata keçirilir, gündəlik məlumat mübadiləsi var.

Kurık və Ələt limanları arasında təcrübə mübadiləsi aparılır. Gələcəkdə limandan Türkmənistan və İran istiqamətində digər bərə reyslərinin açılması gözlənilir. Çindən gələn yüklər Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə və Ukraynadan keçərək Avropaya göndəriləcək.

Kurık limanı Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun mərkəzində yerləşir. Limanın istifadəyə verildiyi vaxtdan bu vaxtadək 3,5 milyon tondan çox yük daşınıb.

Liman daşımaların problemsiz həyata keçirilməsi üçün Ələt limanı ilə sıx əməkdaşlıq aparılır. Limanda “bir pəncərə” sistemi fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır