Fransa sahillərində sərnişin gəmisində yanğın baş verib

391

Fransa sahillərində sərnişin gəmisində yanğın baş verib.

Trend-in məlumatına görə, yanğın səhər saatlarında Böyük Britaniyanın Plimut şəhərindən İspaniyanın Santander şəhərinə hərəkət edən gəminin kabinəsində başlayıb.

Hadisə zamanı gəmidə 908 nəfər, o cümlədən 142 heyət üzvü olub.

Gəmidə yanğının qarşısı qısa zamanda alınıb. Təxliyə üçün helikopter və xilasetmə qayıqları hazır vəziyyətə gətirilsə də, təxliyəyə ehtiyac qalmayıb.