Bu gündən Bakıdakı Əsas Yük Terminalı fəaliyyətini dayandırır

681

Bakı Limanının ən qədim terminallarından olan və paytaxtın mərkəzində yerləşən Əsas Yük Terminalı (ƏYT) fəaliyyətini dayandırır.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən AZƏRTAC-a bildirilib ki, bu gündən etibarən bütün liman əməliyyatları Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanında aparılacaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2007-ci il 18 oktyabr tarixli Sərəncamı ilə Əsas Yük Terminalı ərazisinin ekoloji baxımdan sağlamlaşdırılmasını və milli parkın ərazisinin genişləndirilməsini, şəhərdə nəqliyyat sıxlığının qismən aradan qaldırılmasını təmin etmək üçün mövcud liman kompleksinin Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanına köçürülməsinə qərar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır