BP-də 2524 azərbaycanlı işləyir

350

Birinci rübün sonuna BP şirkətinin işçisi olan Azərbaycan vətəndaşlarının sayı 2 min 524 nəfər təşkil edib.

“BP Azerbaijan” şirkətindən AZƏRTAC-a bildirilib ki, buraya müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

“2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90 faizini milli kadrlar təşkil edib. İxtisası olmayan işçilər isə 100 faiz yerli vətəndaşlardan ibarətdir. Birinci rüb ərzində BP Azərbaycan şirkətinin 3 yerli işçisi BP-nin Böyük Britaniya, İraq və Rusiya ofislərində yüksək vəzifəli rəhbər işlərə təyin olunub. BP öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək”, – deyə məlumatda qeyd olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır