Miqrantların “ölüm gəmisi” Venesiyada incəsənət yarmarkasında nümayiş etdirilir

328

Venesiya Biennalesinin incəsənət yarmarkasında Aralıq dənizində qəzaya uğrayan miqrant gəmisi nümayiş etdirilir.

AZƏRTAC xəbər verir ki, göyərtəsində təxminən min miqrantın olduğu mavi-qırmızı rəngli balıqçı gəmisi 2015-ci il aprelin 18-dən 19-na keçən gecə ona köməyə gələn Portuqaliyaya məxsus yük gəmisi ilə toqquşub. Həmin qəza nəticəsində 900-dək insan həlak olub. Yük gəmisinin ekipajı miqrantlara kömək etməyə çalışsalar da, gəmi dərhal batıb və yalnız 28 nəfərin həyatını xilas etmək mümkün olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır