Türkiyədə 223 qanunsuz miqrant saxlanılıb

395

Türkiyənin qərbində ölkə sərhədini qanunsuz keçməyə çalışan 223 miqrant saxlanılıb.

Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Bildirilir ki, ölkənin Sahil Mühafizəsi Xidməti Aydın vilayətinin Quşadası rayonu sahilində 60 qanunsuz miqrantı saxlayıb. Saxlanılanlar arasında 22 uşaq var. Miqrantlardan 55-i Əfqanıstan5-i isə İran vətəndaşlarıdır.

Eyni zamanda Quşadası sahillərində 47 qanunsuz miqrant, İzmir vilayətinin Çeşmə ərazisində isə 116 miqrant saxlanılıb.

Ötən ayın sonlarında da Türkiyədə onlarla qanunsuz miqrant saxlanılıb.