Dünyanın ən güclü atom buzqıran gəmisi suya buraxılıb

578

Rusiyanın Sankt-Peterburq şəhərində yeni universal atom buzqıran gəmisi – “Ural” suya buraxılıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, gəminin suya buraxılması prosesini, təxminən, 1000-ə yaxın insan izləyib.

Qeyd edək ki, “Ural” dünyanın ən güclü atom buzqıran gəmisidir.