Yeni Bakı Limanında Gübrə Terminalı fəaliyyətə başlayacaq

357

Yeni Bakı Limanında Gübrə Terminalı fəaliyyətə başlayacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov jurnalistlərə müsahibəsində deyib.

Baş direktor bildirib ki, ötən il Türkmənistanda Gübrə Terminalı fəaliyyətə başlayıb. Mərkəzi Asiyadan gübrənin ixracında böyük potensial var. Bu istiqamətdə ölkə başçısının tapşırığı ilə texniki-iqtisadi əsaslandırma aparılır. Yaxın gələcəkdə limanda ixtisaslaşdırılmış Gübrə Terminalı da fəaliyyətə başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır