Budapeştdə gəzinti katerinin çevrilməsi nəticəsində 7 nəfər ölüb

306

Budapeştin mərkəzində Dunay çayında gəzinti katerinin çevrilməsi nəticəsində 7 nəfər ölüb. Bu barədə “Reuters” agentliyi məlumat yayıb. MTI-nin məlumatına görə, katerdə 34 nəfər ola bilərdi. Daha əvvəl 3 nəfərin öldüyü, 16 nəfərin itkin düşdüyü bildirilmiş, 14 turistin xilas olduğu qeyd edilmişdi.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Macarıstan Xilasetmə Xidməti zərərçəkənlər arasında Şərqi Asiya, xüsusən Çin vətəndaşlarının üstünlük təşkil etdiyini bildirib. Katerdə Koreya Respublikasının da vətəndaşları olub. Hadisə Dunay çayının Macarıstan parlamenti qarşısından keçən hissəsində iki gəzinti katerinin toqquşması nəticəsində baş verib. Əlverişsiz hava şəraiti xilasetmə işlərini çətinləşdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır