ABŞ və Çin tarifləri bahalaşdırdı – İki dünya nəhəngi arasında ticarət savaşı şiddətləndi

415

ABŞ-la Çin qarşılıqlı şəkildə bir sıra mallara tarifləri qaldırıblar. Bu, dünyanın iqtisadi nəhəngləri olan 2 ölkəsi arasındakı ticarət savaşını daha da dərinləşdirib.

Qərb mediasının yaydığı məlumata görə, ABŞ iyunun 1-dən Çin mallarına qarşı tarifləri 25 faizə qaldırıb.

ABŞ prezidenti Donald Tramp mayın 10-da bildirmişdi ki, ümumilikdə 200 milyard dollarlıq Çin mallarına qarşı tarifləri 25 faizədək yüksəltmək fikrindədir. Amma bu tədbir, bu vaxtan əvvəl Çindən göndərilmiş mallara şamil edilmirdi.

Öz növbəsində Çin iyunun 1-dən təxminən 60 milyardlıq ABŞ mallarına qarşı tarifləri qaldırıb. Söhbət, 20-15 faizdən gedir və bu ABŞ-dan gələn malların təxminən yarıdan çoxunu əhatə edir.

Qeyd edək ki, mayın 10-da tərəflər arasında aparılan danışıqlar baş tutmadı. Tramp Çini, iki ölkə arasındakı ticarət mübahisəsini tənzimləyən razılaşmanın şərtlərini pozmaqda günahlandırır. Çin ittihamı rədd edir. Bu iki nəhəng ölkə arasındakıticarət savaşı səhm bazarlarını silkələyib, dünya iqtisadiyyatında geriləmə yaranacağı sarıdan narahatlıqdoğurub..

Tramp Çinin ticarət praktikasından daim gileylənib. ABŞ administrasiyası Çindən Amerikanın intellektual mülkiyyətinin oğurlanmasından tutmuş, ABŞ firmalarının və digər şirkətlərin Çin bazarında üzləşdiyi maneələrin ləğvinə qədər bir sıra sahələrdə dəyişikliklər tələb edir.