Bodrum sahillərində qeyri-leqal köçkünləri daşıyan qayıq batıb

328

Türkiyədə miqrantların olduğu qayıq batıb.

“Report”un “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, hadisə bu gün səhər saatlarında Bodrum sahillərində qeydə alınıb.

Qəza nəticəsində 31 nəfər xilas edilsə də, 8 nəfər ölüb, 4 nəfər itkin düşüb.

Hazırda itkin düşən şəxslərin axtarışları davam etdirilir.

Miqrantların qanunsuz yolla Yunanıstana getməyə çalışdıqları bildirilir.