Dənizçilərin tibbi müayinəsi haqqında məlumat kitabçası çap olunub

595

“Dənizçilərin beynəlxalq standartlara uyğun tibbi müayinəsi haqqında məlumat kitabçası” çap olunub.

AZƏRTAC xəbər verir ki, kitabçada dənizçilərin tibbi müayinəsi zamanı rəhbər tutulan qaydalar barədə geniş məlumat verilib və burada Beynəlxalq Dəniz Təşkilatı tərəfindən tibbi müayinələr həyata keçirmək və tibbi sertifikatlar vermək səlahiyyətinə malik tibb müəssisələri üçün təlimatla da tanış olmaq mümkündür. Həmçinin, nəşrdə dənizçilərin beynəlxalq tibbi yararlılıq meyarları üzrə ümumi test suallarının nümunələri də öz əksini tapıb.

Kitabçanın layihə rəhbəri “Dənizçilər poliklinikası” Məhdud Məsuliyyətli Cəmiyyətinin həkimi Adıgözəl Məmmədovdur. Nəşrin gələcəkdə digər dillərdə də çap olunması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır