Azərbaycanlılar qayıqla Yunanıstana qaçmaq istədilər – 10 azyaşlıdır (FOTO)

774

Türkiyədən Yunanıstana dəniz yolu ilə qaçmaq istəyən daha 43 nəfər xarici ölkə vətəndaşı saxlanılıb.

Demokrat.az-ın məlumatına görə, Ədirnə vilayətinin Ənəz mahalında, Enez Sahil Mühafizə İdarəsinin əməkdaşlarının apardığı əməliyyat zamanı Yunanıstana dəniz yolu ilə qaçmaq istəyən 43 nəfər Əfqanıstan, İran və Azərbaycan vətdaşı  olan immiqrant tutulub. Saxlanılanlardan 10-u azyaşlıdır.

Saxlanılan şəxslər Edirnə Miqrasiya İdarəsinə təhvil verilib.