Dünyanın ilk hibrid kruiz gəmisi səfərə çıxıb – FOTOLAR

429

Dünyanın ilk hibrid kruiz gəmisi səfərə çıxıb. Normal mühərriki bio dizel yanacaqla çalışan üzən vasitə batareya aktivləşdikdə 45-60 dəqiqə səyahət edə bilir. 

BAKU.NEWS-un məlumatına görə, sərt iqlim şəraiti və dalğalara dayanqlı şəkildə istehsal olunan gəmi 500 nəfərlik sərnişin tutumuna malikdir. 

Gəmi ilk səfərinə Norveçin Tromsoe şəhərindən ABŞ-ın Alyaska əyalətinə edəcək. Kruvaziyer gəmisinin sahibi “Hurtigruten” şirkəti elektrik batareyaları sayəsində karbon dioksid emissiyalarının 20 faizədək aşağı düşəcəyini bildirib. 

“Hurtigruten” gələcəkdə gəmilərdə batareya istifadəsini daha da genişləndirməyi düşünür. Firmanın 2020-ci ildə təhvil verəcəyi başqa bir sərnişin gəmisində batareya tutumu indikindən iki dəfə çox olacaq. 

Gəmiyə cənub qütbünə çatan ilk şəxs, Şimal-Qərb keçidindən keçən ilk dəniz səyyahı Roald Amundsenin adı verilib.