İndi də İngiltərə və İran arasında gəmi böhranı yarandı

403

Britaniya Krallığına məxsus olan Cəbəllütariqdə İspaniya bayrağı altında üzən “Grace 1” adlı tanker saxlanılıb.

BAKU.WS DHA-ya istinadən xəbər verir ki, gəminin İrandan Suriyaya xam neft daşıdığı açıqlanıb.

Əməliyyat İngiltərə Dəniz Qüvvələrinin dəstəyi ilə həyata keçirilib. Bu addım gəminin Avropa İttifaqının (Aİ) Suriyaya tətbiq etdiyi sanksiyanı pozduğu iddiası ilə atılıb.

İspaniya Xarici İşlər naziri Xosep Borrell isə əməliyyat ABŞ-ın İngiltərədən tələbi ilə həyata keçirildiyini bildirib.

Hadisə ilə bağlı İngiltərənin Tehrandakı səfiri Rob Makaire izahat üçün İran Xarici İşlər Nazirliyinə çağırılıb. İran XİNin sözcüsü Abbas Musəvi tankerin saxlanılmasının qanunsuz olduğunu deyib.