Aralyanı bölgə BMT-nin himayəsi altında ekoloji innovasiyalar və texnologiyalar zonası elan ediləcək

354

Dünya Bankının, Asiya İnkişaf Bankının və digər beynəlxalq qurumların dəstəyi ilə bu il oktyabrın 25–də Özbəkistanda Aralyanı bölgənin BMT-nin himayəsi altında ekoloji innovasiyalar və texnologiyalar zonası elan edilməsi üzrə yüksək səviyyəli Beynəlxalq konfrans keçiriləcək.

AZƏRTAC MDB İcraiyyə Komitəsinin saytına istinadla xəbər verir ki, konfransda xarici ölkələrin dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların, maliyyə təsisatlarının, investisiya və özəl şirkətlərin, donor cəmiyyətlərinin rəhbərləri, habelə nüfuzlu elmi-tədqiqat institutlarının nümayəndələri iştirak edəcəklər.

Tədbir Aralın Xilası Beynəlxalq Fondunun təsisçisi olan dövlətlərin başçılarının 2018-ci il avqustun 24-də Türkmənbaşı şəhərində keçirilmiş sammitində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin səsləndirdiyi təşəbbüsün reallaşdırılması çərçivəsində təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır