Aralıq dənizində 160-dan çox miqrant xilas edilib

301

Mərakəş Krallığının Sahil Mühafizəsi Aralıq dənizində Afrikadan olan 161 miqrantı xilas edib.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə “Məğrib” agentliyinə Mərakeşin hərbi mənbələrindən bildirilib.

Mərakeşli dənizçilər bildirib ki, hava ilə doldurulan qayıqla Avropaya keçmək istəyən miqrantlar dənizdə maneə ilə üzləşiblər. Hazırda xilas edilən bütün miqrantlar Mərəkeşin dəniz sahilində yerləşən limanına gətirilib.