Nəhəng meduza tapılıb – FOTO/VİDEO

821

İngiltərə sahillərində nəhəng meduza görüntülənib.

“RİA Novosti” xəbər verir ki, meduzanın fotosunun müəllifi görüntüləri “Instagram” səhifəsində paylaşıb.

Kadrlar Kornuoll qraflığı sahillərində çəkilib.

Şəkildə meduza ilə birlikdə üzən bioloq Lizzi Deylidir. Bioloqun sözlərinə görə, dəniz sakini insan hündürlüyündədir.

Qeyd edək ki, meduzanın diametri, əsasən, 40 santimetri ötmür, lakin bəzən diametri yarım metrə, çəkisi isə 35 kiloqrama çata bilər.