Liviya İtaliyaya məxsus balıqçı gəmisini saxlayıb

321

Liviya qüvvələri Sidra körfəzində İtaliyaya məxsus balıqçı gəmisini saxlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İtaliyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

İtaliyanın Xarici İşlər naziri Enzo Moavero-Milanezi ölkənin Liviyadakı səfiri Cüzeppe Buççinoya Misrataya yollanmaq məcburiyyətində qalan ekipaj üzvlərinə düzgün münasibətin göstərilməsini və “Tramontana” gəmisinin tezliklə sərbəst buraxılmasını təmin etmək üçün operativ və maksimal şəkildə səmərəli işləməyi tapşırıb.

“Gəminin hansı səbəbdən saxlanılması hələlik məlum deyil, ehtimal olunur ki, bu, sularda yüksək təhlükə kimi təyin olunan balıqçılıq fəaliyyəti ilə əlaqəlidir. Buna görə də, Nəqliyyat və İnfrastruktur təhlükəsizliyi üzrə nazirlərarası komitə tərəfindən xəbərdarlıq edilib”, – deyə nazirliyin məlumatında bildirilir.

Mənbələrə görə, “Tramontana” adlı İtaliya gəmisi Madzara-del-Vallo kommunasına məxsusdur və ekipajı 7 nəfərdən ibarət olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır