Polşa dünyanın ən dərin hovuzunu inşa edir

395

Polşa dünyanın ən dərin hovuzunu inşa edir.

AZƏRTAC xəbər verir ki, hovuzun dərinliyi 45 metr olacaq. 27 ədəd olimpiya baseyninin suyunu tutacaq hovuzun avqustda istifadəyə veriləcəyi nəzərdə tutulur.

Hovuz dərinə dalma ( dayving ) idman növü ilə məşğul olanlar üçün düşünülüb. Həmçinin dərinlikdə qoruyucu şüşələr arxasında kafe, mehmanxana və konfrans zalları da inşa olunacaq ki, bu da idmançıları seyr etməyə imkan verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır