Bu gün Süveyş kanalından rekord sayda gəmi keçib

448

Bu gün Misirin Süveyş kanalından hər iki istiqamətdə rekord sayda gəmi keçib və yük daşınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Süveyş kanalı administrasiyasının sədri Mohab Mamiş mətbuata açıqlamasında deyib. Onun sözlərinə görə, bu gün Süveyş kanalının tarixində yeni rekord qeydə alınıb – 81 gəmı keçib və 6,1 milyon ton yük daşınıb.

M.Məmiş Süveyş kanalı vasitəsilə keçən tranzit gəmilərin sayının artmasının və daşınan yüklərin həcminin çoxalmasının əhəmiyyətini vurğulayıb, həmçinin bundan əldə olunan gəlirlərin artmasının ölkə iqtisadiyyatının inkişafına təsir etdiyini, habelə kanalın beynəlxalq dəniz ticarətinə verdiyi töhfəni diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır