“Caspian Ecology 2019” 10-cu yubiley Beynəlxalq Ətraf Mühit sərgisinə 100 gün qalır

298

Noyabrın 13-15-də Bakıda keçiriləcək Azərbaycan “Caspian Ecology 2019” 10-cu yubiley Beynəlxalq Ətraf Mühit sərgisinə 100 gün qalır. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, 2010-cu ildən etibarən hər il keçirilən sərgidə bu dəfə də ətraf mühitin mühafizəsi sahəsində innovativ texnologiyaları tətbiq edən beynəlxalq və yerli şirkətlər, dövlət və qeyri-hökumət təşkilatları bir araya gələcək.

Ətraf mühitin mühafizəsi sahəsində innovativ texnologiyalarla tanış olmaq, işgüzar münasibətlər qurmaq və təcrübə mübadiləsi aparmaq üçün hər kəsi Beynəlxalq Ətraf Mühit “Caspian Ecology 2019” yubiley sərgisində gözləyirik.