“Dəniz Kuboku – 2019” müsabiqəsinin püşkatma mərasimi keçirilib VİDEO

346

Avqustun 5-də Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bazasında “Dəniz Kuboku – 2019” müsabiqəsinin püşkatma mərasimi keçirilib və hakimlərə sertifikatlar təqdim olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə müsabiqənin təşkilatçıları hakimlər üçün ixtisas məqbullarının nəticələrinə görə qol sarğısı və hakimlik hüququna dair sertifikatları onlara təqdim ediblər.

Sonra müsabiqənin mərhələ və epizodlarının icrası üzrə püşkatma mərasimi keçirilib və yarışacaq komandaların növbə üzrə sıralanması müəyyənləşdirilib.

Müsabiqənin avqustun 6-dan başlayacaq əsas hissəsində hərbi dənizçilər “Artilleriya atışlarının yerinə yetirilməsi”, “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” və “Dəniz hazırlığı” üzrə mərhələlərdə güclərini sınayaraq ən yaxşı heyətləri müəyyən edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır