“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də bir ilk — Gəmi kapitanının canlı yayımı rekord vurdu (VİDEO)

709

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC növbəti maraqlı sosial layihəyə başlayıb. 


Demokrat.az xəbər verir ki, “Kapitana sual ver!” adlanan layihə sosial şəbəkə istifadəçiləri tərəfindən böyük rəğbətlə qarşılanıb. 


Layihəyə Ələt qəsəbəsində yerləşən Yeni Bakı Limanındakı yedək gəmisində start verilib. 

Sözügedən gəminin kapitanı sosial şəbəkələrdə ona ünvanlanan suallara ətraflı cavab verib. 


Gəmi kapitanının Facebook üzərindən canlı yayımla sualları cavablandırması maraqla böyük qarşılanıb. 


Həmin görüntüləri təqdim edirik: