Yeddi ayda dəniz limanlarında 4,7 milyon tona yaxın yükləmə-boşaltma işləri həyata keçirilib

394

Cari ilin yanvar-iyul aylarında dəniz limanlarında 4 milyon 690,2 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib.

Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yüklərin 4 milyon 304 min tonunu və ya 91,8 faizini tranzit yüklər təşkil edib. 2019-cu il avqust ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 139,3 min ton olub.

Ötən yeddi ay ərzində dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı 2018-ci ilin müvafiq dövrünə nisbətən 23,1 faiz artaraq 11,2 min nəfər olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır