KİV: Böyük Britaniya pilotsuz uçan aparatlarını Körfəzdə yerləşdirə bilər

368

Böyük Britaniyanın bayrağı altında üzən tankerin saxlanılması ilə əlaqədar yaranmış vəziyyət fonunda bu ölkə pilotsuz uçan aparatlarının Körfəzdə yerləşdirilməsi imkanını nəzərdən keçirir.

AZƏRTAC xəbər verir ki, bu barədə Sky News telekanalı məlumat yayıb.

Kanalın məlumatına görə, söhbət Küveytdə yerləşdirilmiş, Suriya və İraq üzərində uçuşlar aparan pilotsuz aparatların köçürülməsindən gedir.

Xatırladaq ki, iyulun 19-da Britaniya bayrağı ilə üzən “Stena Impero” neft tankeri İranın İnqilab Keşikçiləri Korpusunun katerləri tərəfindən saxlanılıb və yoxlanılmaq məqsədilə Bəndər-Abbas limanına aparılıb.