“Şəfəq-Asiman” üzrə kəşfiyyat qazma layihəsi çərçivəsində müzakirələr keçiriləcək

372

Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Şəfəq-Asiman” perspektiv strukturu üzrə kəşfiyyat qazma layihəsinin Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirinin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihə variantını müzakirə etmək üçün ictimaiyyətlə görüş keçiriləcək.

“Report”un məlumatına görə, bu barədə “Şəfəq-Asiman” üzrə hasilatın pay bölgüsü haqqında Sazişin operatoru kimi mıxış edən BP şirkətinin məlumatında deyilir.

BP bütün maraqlı tərəfləri bu görüşdə iştirak etməyə dəvət edir. Görüş sentyabrın 11-də saat 10:00-12:00-da keçiriləcək.

Qeyd edək ki, “Şəfəq-Asiman” bloku üzrə müqavilə 2010-cu ilin oktyabrında imzalanıb. BP və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında imzalanan bu müqavilə 30 ili əhatə edir.

Müqavilədə şirkətlərin hər birinin payı 50%-dir. Blok Bakıdan 125 km cənub-şərqdə yerləşir. Burada qaz ehtiyatları olduğu ehtimal edilir.