Rusiyalılardan və ukraynalılardan ibarət heyəti olan gəmi Almaniyada qəzaya uğrayıb

378

Rusiyalılardan və ukraynalılardan ibarət heyəti olan gəmi Elba çayının Almaniyadan keçən hissəsində qəzaya uğrayıb.

AZƏRTAC xəbər verir ki, ilkin məlumata görə, “Kelly” yük gəmisinin qəzaya uğraması nəticəsində 1 nəfər ölüb.

Malta bayrağı altında üzən və Kalininqraddan Rotterdama gedən gəminin maşın şöbəsində yanğın baş verib. Gəmidə 11 rusiyalı və 2 ukraynalının olduğu bildirilir. Heyətin daha iki üzvü yaralanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır