“BP-Azerbaijan”: Hər bir hava şəraiti üçün məxsusi olaraq işlənilmiş əməyin təhlükəsizliyi qaydaları və tələblərimiz var

409

“BP şirkəti və tərəfdaşlarının hər bir hava şəraiti üçün işlənmiş xüsusi əməyin təhlükəsizliyi prosedurları mövcuddur. Hər bir hava şəraitində hansı əməyin təhlükəsizliyi qaydaları tələblər varsa, biz onu müvafiq olaraq işə salırıq”.

Bunu “Report”a açıqlamasında “BP-Azerbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı sentyabrın 21-22-də respublikada hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar hazırlıq işlərinin görülməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, küləyin sürəti güclü olarsa, həmin yüksək külək olan hava şəraitində hansı təhlükəsizlik qaydalarına riayət olunmalıdırsa, o barədə artıq işçilərə xəbər verilir ki, bu gün bu təhlükəsizlik qaydalarına riayət etməklə işləniləcək: “Yaxud da qarlı, buzlu havadırsa, həmin havaya müvafiq olaraq əməyin təhlükəsizliyi qaydalarımız var ki, biz onları işə salırıq və işçiləri xəbərdar edirik ki, bu gün bu təhlükəsizlik qaydalarına əməl etməklə işləyirlər. Məsələn, küləyin sürəti güclü olrsa, o zaman əməyin təhlükəsizliyi qaydalarına müvafiq olaraq açıq havada, platformalarda işləmək olmaz. Hündürlüyə yük qaldırmaq olmaz. Qaldırıcı kranların işləri dayandırılır. Platformaların elə yerləri var ki, oradakı məhəccərlərə yaxın getmək olmaz. Bu kimi qaydalar var ki, bu qaydalar güclü külək havası şəraitində onlara riayət olmaqla bizim işlərimiz davam edir”.

O qeyd edib ki, ümumiyyətlə, hər bir hava şəraiti üçün məxsusi olaraq işlənilmiş əməyin təhlükəsizliyi qaydaları və tələbləri var ki, işçilər də bilirlər ki, həmin hava şəraitində o qaydalara və tələblərə müvafiq olaraq işlərini davam etdirməlidirlər. 

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, saat 12:00-a olan məlumata görə, şimal-qərb küləyi Pirallahı, Sumqayıt, Bakıda 20 m/s, Maştağa, Naftalanda 18 m/s, Bayıl yamacında 19 m/s, Neft Daşlarında 16 m/s-dək güclənib.

Netf Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,3 metrə çatıb.