“YEMA Group”: Çin-Avropa yük qatarı azərbaycanlı treyderlər üçün daha çox imkanlar açır

308

Azərbaycan və Çinin şimal-qərbindəki Sintszyan Uyğur Muxtar Vilayəti “Bir qurşaq, bir yol” (BRI) layihəsi çərçivəsində iqtisadi əməkdaşlıqda əhəmiyyətli uğurlar əldə edib.

“Report” Çin KİV-inə istinadən xəbər verir ki, bu barədə Sintszyanın “YEMA Group” şirkətinin Xarici Ticarət Departamentinin baş direktorunun müavini Van Vey bildirib.

Onun sözlərinə görə, digər məhsullarla yanaşı, Azərbaycanın qırmızı şərabı Sintszyanın regional paytaxtı olan Urumçi və Bakı arasındakı birbaşa aviareyslər vasitəsilə vilayətə davamlı “axın edib”.

“Şərab biznesi çiçəklənir”, – Van Vey deyib.

V.Vey bildirib ki, şirkət ötən ilin sentyabr ayından bəri Azərbaycandan 10 partiya və ya 30 000 şüşə qırmızı şərab idxal edib.

Onun sözlərinə görə, çinli turistlərin əksəriyyəti Azərbaycanın qırmızı şərabının dadını çox sevir və onu Çindəki dostlarına və qohumlarına hədiyyə olaraq göndərmək üçün poçt vasitəsi ilə satın alırlar.

“Birbaşa reysdən əlavə, Urumçi ilə Neapol (İtaliya) arasındakı Çin-Avropa yük qatarı Azərbaycan treyderləri üçün daha çox imkanlar açır”, – Baş direktorun müavini söyləyib.

V.Van Azərbaycan şirkətlərinin Sintszyan vilayətindən kimyəvi maddələr və digər məhsullar idxal etmək niyyətində olduqlarını vurğulayıb.