Avqustda dəniz nəqliyyatı ilə 93,2 milyon dollarlıq yük daşınıb

313

Ötən ay dəniz nəqliyyatı ilə ümumilikdə 162 min 9 ton yük daşınıb, bu yüklərin dəyəri isə 93 milyon 213 min ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, avqustda dəniz nəqliyyatı ilə ixrac olunan 14 min 89 ton yükün dəyəri 7 milyon 690 min dollar, bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 147 min 920 ton, dəyəri isə 85 milyon 522 min dollar təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır