Mübariz Mənsimov Türkiyənin məşhur klubunun prezidenti ola bilər – HƏTTA 50 MİLYON AVRO DA AYIRACAQ

907

“Palmali” şirkətlər qrupunun sahibi, azərbaycanlı iş adamı Mübariz Mənsimov “Beşiktaş”ın prezidenti ola bilər.
“Yeni Sabah” Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən gün Fikrət Ormanın istefasından sonra “qara qartal”da boş qalan prezident postuna Mənsimovun keçə biləcəyi qeyd olunur.
İstanbul klubunda yeni seçkilər olacaq və “Xəzər Lənkəran”ın sahibinin də həmin posta iddia etdiyi bildirilir. Hətta Mənsimovun kluba 50 milyon avro ayıracağı da yayılan xəbərlər arasındadı.