Sakit okeanda dünyanın ən böyük üzən zavodu yanıb

372

Yanğın Cənubi Kuril adaları yaxınlığındakı böyük üzən zavodda baş verib. Kapitan ekipajın 419 üzvünün təxliyəsi ilə bağlı müraciət edib.

Fan.Az xarici mediaya istinadla xəbər verir ki, Cənubi Kuril adalarına aid Şikotan sahilləri yaxınlığında Pyotr Jitnikov üzən zavodunda konserv sexi yanıb.

Yanğın zamanı zərər çəkən olmayıb. Yengəc sexində baş qaldıran alov lokallaşdırılıb.

Hadisə yerinə iki xilasetmə gəmisi göndərilib. Cənubi-Saxalində iki helikopter uçuşa hazırlaşır. Hava şəraiti buna imkan verən kimi onlar uçacaqlar.

Baxmayaraq ki, gəmi hermetikdir, kapitan ekipajın 419 üzvünün təxliyə olunmasını istəyib.

Rusiyanın FHN-nın mətbuat xidmətindən bildiriblər ki, gəmi heyətinin alovun öhdəsindən gəlməyinə baxmayaraq, ekipaj üzvləri təxliyə olunacaq.

Rusiyanın Dəniz-Çay Donanması məlumat verib ki, hazırda üzən bazanın ekipajının yarısı digər gəmilərə yerləşdirilib: “105 nəfər Vsevolod Sibirtsev gəmisinin göyərtəsinə götürülüb. Daha 100 nəfər isə digər gəmiyə”.

Hadisə zamanı həlak olan və zərər çəkən şəxslər haqqında heç bir məlumat daxil olmayıb.

Qeyd edək ki, Pyotr Jitnikov dünyada iki ən böyükdən üzən zavoddan biridir. Onun sahibi Rusiyanın Dalmoreprodukt şirkətidir.