Avqustda dəniz limanlarında 713 min ton yükləmə-boşaltma işləri həyata keçirilib

296

Cari ilin avqustunda dəniz limanlarında 713 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yüklərin 633 min tonunu tranzit yüklər təşkil edib.

Ötən ay dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı isə 2,4 min nəfər olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır