Ekoloji fəlakət: “naməlum” neft Braziliya çimərliklərini çirkləndirdi

334

Braziliyanın şimal-şərqində 100-ə yaxın çimərlik neft və neft məmulatları ilə çirklənib.

TASS xəbər verir ki, ekoloji fəlakət ölkənin 8 ştatında yerləşən 46 sahilyani şəhəri əhatə edir.

Çirklənmə nəticəsində quşlar və heyvanlar kütləvi şəkildə qırılıblar.

Braziliyanın dövlət neftqaz şirkəti (Petrobras) neftin kimyəvi analizini keçirib və qərara gəlib ki, o ölkə ərazisində hasil olan neftdən fərqlidir. “Qara qızılın” hardan gəlməsi və kimə məxsus olması araşdırılır.