Cənubi Koreyada tanker partladı – 9 yaralı (VİDEO)

380

Cənubi Koreyanın Ulsan limanında tankerdə partlayış baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində 9 nəfər xəsarət alıb.

Hadisə zamanı gəmidə 25 dənizçi olub. Kayman adaları bayrağı altında üzən tankerdə rusiyalı dənizçilər olub.

Bütün dənizçilər təxliyə edilib, xəsarət alanlardan birinin vəziyyətinin ağır olduğu deyilir.

Tankerdə baş verən partlatyış anı videoya düşüb.