Azərbaycanın Cənubi Koreyadan idxalı arta bilər

306

“Cənubi Koreya Azərbaycana ixracını genişləndirmək istəyir”.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Cənubi Koreya biznes forumunda Koreyanın İdxalçılar Assosiasiyasının nümayəndəsi Jough Joong Hyun bildirib.

Onun sözlərinə görə, hazırda ölkəsi Azərbaycana maşınqayırma sənayesi, tibb avadanlıqları, meyvə və tərəvəzlər ixrac edir: “Bu siyahını genişləndirmək istəyirik”.