Bakı Limanının əməkdaşları ATƏT-in beynəlxalq konfransda iştirak edib — FOTOLAR

404

14-15 oktyabr tarixində Bakı Limanının əməkdaşları Əkbər Kərimov, Yucin Si, Aynur Səmədova Avstriyanın Vyana şəhərində ATƏT-in keçirdiyi konfransda iştirak edib.


DenizXeber.az xəbər verir ki, konfrans zamanı müxtəlif sessiyalarda ATƏT-in ekoloji öhdəliklərinin icrasını nəzərə alaraq su idarəçiliyi, təbii ehtiyatların davamlı idarə edilməsinin gücləndirilməsi, ola biləcək problemlərin riskini azaltmaq üçün suyun daha səmərəli şəkildə idarə edilməsi ilə bağlı ən yaxşı təcrübələr və ATƏT çərçivəsində ekoloji əməkdaşlığın genişləndirilməsi barədə diskusiyalar olunub.


Qeyd edək ki, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) “Xəzər dənizi regionunda yaşıl limanların və bağlılığın təşviqi” layihəsi var ki, bu layihə çərçivəsində də Bakı, Aktau və Türkmənbaşı limanlarının avtomatlaşdırma və rəqəmsallaşdırma proseslərinin yol xəritəsinin hazırlanması, bərpa olunan enerjinin istifadəsi imkanlarının araşdırılması üçün müvafiq texniki-iqtisadi əsaslandırmanın yazılması nəzərdə tutulub.