Ödənişsiz təhsilə keçirilən tələbələrin nəzərinə!

305

DenizXeber.az  Azərbaycan Dövlət Dəniz Akademiyasının saytına istinadən məlumat verir ki, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin 19.09.2019-cu il tarixli 09/Q nömrəli əmrinə əsasən, 2019-2020-ci tədris ilində Azərbaycan Dövlət Dəniz Akademiyasının bakalavriat səviyyəsinə ödənişli əsaslarla qəbul olunmuş 36 tələbə əlavə müsabiqə nəticəsində dövlət sifarişi əsasında təhsilini davam etdirmək hüququ qazandıqdan sonra ödənişsiz təhsilə keçirilib.

Bununla əlaqədar ADDA-nın rektoru Heydər Əsədovun göstərişi ilə həmin tələbələrin təhsil haqqı ödənişlərinin geri qaytarılması müvafiq şöbəyə tapşırılıb.

Ödənişi geri almaq üçün tələbə və ya valideyni (qəyyumu) Kapitalbank ASC-nin istənilən filialında öz adına cari hesab açdıqdan sonra bank tərəfindən ona verilən hesab rekvizitlərini ADDA-ya təqdim etməli və rektorun adına ərizə ilə rəsmi müraciət etməlidir.