Bakı Limanı Aktau və Kurık limanları ilə anlaşma memorandumları imzalayıb

232

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Aktau Limanı və eyni zamanda Bakı Limanı ilə Kurık Limanı arasında bilet satışlarının vahid onlayn rejimi üzərində aparılmasına dair anlaşma memorandumu imzalanıb.

“APA-Economics”in Bakı Beynəlxalq Dəniz Ticarət Limanına istinadən verdiyi məlumata görə, sənədlər Gürcüstanın Tiflis şəhərində keçirilən TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) Konsorsiumuna üzv şirkətlərin növbəti toplantısı çərçivəsində imzalanıb.