Mingəçevir su anbarının qadağan olunmuş ov vasitələrindən təmizlənməsinə başlanılıb

301

Su hövzələrinin sintetik torlardan və qadağan olunmuş digər ov vasitələrindən təmizlənməsi məqsədilə növbəti tədbir Mingəçevir su anbarında keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Report”a verilən məlumata görə, 8 saylı Regional Ekologiya və Su Nəqliyyatında Polis idarələrinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Mingəçevir su anbarının bir hissəsi balıqların ovlanması üçün qurulan qadağan olunmuş ov vasitələrindən və sintetik torlardan təmizlənib.

Mingəçevir su anbarında və digər su hövzələrində reydlər davam etdirilir.