120 illik dəniz fənərinin yeri dəyişdirilir – FOTOLAR

421

Danimarkanın şimal qərb sahilindəki Rubjerg Knude dəniz fənəri dənizdən 80 metr uzağa daşınır.

Primetime.az xəbər verir ki, dəniz səviyyəsindən 60 metr yüksəklikdə yerləşən fənərin 10 saat ərzində yeni ünvanına çatması gözlənilir. 1900-cu ildə dənizə 200 metr uzaqlıqda inşa edilən Rubjerg Knude fənəri ilə dəniz arasındakı məsafə 6 metrə düşüb. Fənərin yerləşdiyi Hjoerring bölgəsinin bələdiyyə rəisi Arne Boelt ağırlığı təxminən 1 ton və yüksəkliyi 23 metr olan fənərin danışması zamanı müəyyən problemlər yaşana biləcəyini, lakin risk almaq lazım olduğunu bildirib. 

Ətraf mühit naziri Lea Vermelin Rubjerg Knudenin milli zənginlik olduğunu və saxlanılması üçün 747 min dollar xərcləndiyini deyib. Fənəri hər il 250 min insan ziyarət edir.