Norveç sularında Rusiya buzqıran gəmisindən həyəcan siqnalı daxil olub

246

Norveç sahillərində Rusiya buzqıran gəmisindən həyəcan siqnalı daxil olub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, gəminin olduğu ərazidə güclü fırtına müşahidə olunur.

Gəminin göyərtisində 33 nəfərin olduğu bildirilir.

Buzqıran gəmi oktyabrın 17-də Sankt-Peterburqdan yola çıxıb.