Xəzərin sahili sintetik torlardan təmizlənir

312

Su hövzələrinin sintetik torlardan və qadağan olunan digər ov vasitələrindən təmizlənməsi məqsədilə növbəti reyd Xəzər dənizinin Ələt qəsəbəsi sahilində keçirilib.

Bu barədə “Report”a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

11 saylı Regional Ekologiya və Su Nəqliyyatında Polis idarələrinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı dənizin Ələt qəsəbəsi sahili qadağan olunmuş ov vasitələrindən və sintetik torlardan təmizlənib.

Xəzər dənizinin digər sahillərində reydlər davam etdirilir.