Yunanıstan sularında gəmi qayıqla toqquşdu

306

Yunanıstan xəbər agentliyi ANA-MPA-nın yazdığına görə…

Egey dənizində İstanköy adası (Kos) yaxınlığında Yunanıstan Sahil Təhlükəsizlik Xidmətinə aid gəmi qaçqınları daşıyan qayıqla toqquşub, nəticədə biri uşaq olmaqla üç nəfər itkin düşüb, altı adam yaralanıb.

  Yunanıstan xəbər agentliyi ANA-MPA-nın yazdığına görə, İstanköyün şərqində sübhə yaxın patrul nəzarətində olan Sahil Təhlükəsizlik Xidmətinə aid bir gəminin naviqasiya işıqları yanmayan, içində 34 qaçqını dayışan qayığa çarpılıb. Toqquşma nəticəsində alt-üst olan qayıqdan 34 adam dənizə düşüb, 31-i xilas edilib, biri uşaq olmaqla üçü üçün axtarma-xilasetmə işləri davam edir, altı nəfər isə yaralanıb.

  Dənizdən və havadan davam edən axtarma-xilasetmə işlərinə Avropa Sərhəd Qoruma Agentliyinə (Frontex) məxsus gəmi, üç Yunanıstan Sahil Təhlükəsizlik Xidməti və bir “Super Puma” vertolyotu sövq edilib.