Ətraf mühitə zərərin vurulmaması üçün zəruri qabaqlayıcı tədbirlər görülür

284

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO)  gəmilərdə, eləcə də sahil qurğularında formalaşan maye, bərk və qaz (emissiyalar) halında olan tullantıların müvafiq qaydada idarə edilməsi və onların dənizə, quruya və atmosferə təsirinin qarşısının alınmasını daim diqqətdə saxlayır. Çünki, ətraf mühitin qorunması “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) üçün əsas davamlı inkişaf meyarlarından biridir. Əməliyyatlar zamanı ətraf mühitə zərərin vurulmaması üçün mövcud imkanlar daxilində zəruri qabaqlayıcı tədbirlər görülür.

Cari ilin yanvar – sentyabr aylarının nəticələrinə görə, ASCO-nun həm sahil, həm də dəniz obyektlərində formalaşan 41302.4 ton çirkab məişət-təsərrüfat suyu, 1491.6 ton neftli döşəməaltı su, 29,9 ton işlənmiş sürtgü yağı, 24,9 ton yağlı və neftli əski bağlanmış müqavilələr əsasında səriştəli mütəxəssislərə və texniki resurslara malik sertifikasiyalı qurumlara təhvil  verilməklə  ərazilərimizdən  kənarlaşdırılıb.

Həmçinin, 16 ədəd yararsız akkumulyator, 19.52 ton rezin tullantısı, 77 ədəd yanacaq, 221 ədəd yağ və 146 ədəd hava süzgəci, 13.3 ton işlənmiş boya qabı və boya tullantıları, 97.65     ton taxta tullantı, 56,99 ton şüşə qırığı, 51,04 ton sellüloz (kağız-karton)  tullantısı, 62,74 ton tekstil parça qalığı, 71,36 ton polimer əsaslı və plastmas tullantı, 324,848 ton qida qalığı aidiyyəti  üzrə  təhvil  verilib.

Qeyd edilən dövrdə Dənizkənarı Milli Park və Cəmiyyətin sahil fəaliyyət akvatoriyaları səthindən 5,35 ton müxtəlif   ölçülü  əşyalar  yığılıb  təhvil  verilib.

Mənbə: http://asco.az/etraf-muhite-zererin-vurulmamasi-ucun-zeruri-qabaqlayici-tedbirler-gorulur-2/