Azərbaycanın cari ildə ən çox məhsul aldığı İƏT-ə üzv ölkələrin adları açıqlanıb

301

Azərbaycanın bu ilin 9 ayında ən çox məhsul idxal etdiyi İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr sırasında ilk üçlükdə Türkiyə, İran və Qazaxıstan qərarlaşıb.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, Türkiyədən idxalın dəyəri 1 milyard 150,1 milyon ABŞ dolları, İrandan 362,9 milyon dollar, Qazaxıstandan isə 163,8 milyon dollar təşkil edib.

Azərbaycan ötən ilin müvafiq dövrünə nisbətən hər üç ölkədən idxalı artırıb. Türkiyədən idxalın dəyərində 26,8 milyon dollar, İrandan 114,8 milyon dollar, Qazaxıstandan isə 29,9 milyon dollar artım müşahidə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır